525-ci qəzet

ABŞ səfirliyində müxalifətçi gənclərlə görüş keçirildi



Demokrat, Xalq Cəbhəsi, Müsavat, Vətəndaş Hərəkatı partiyalarının gənclər təşkilatlarının sədrləri, həmçinin “Dalğa”, “Nida”, “Müsbət Dəyişikliklər” gənclər hərəkatlarının nümayəndələrinin iştirakı ilə ABŞ səfirliyində görüş keçirilib. Azərbaycan Demokrat Partiyasının (ADP) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, gənclər təşkilatlarının sədrləri ilə ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Brigette Buchet, mədəniyyət və təhsil üzrə müşaviri Kristofer Cons və digər əməkdaşları ilə görüşüblər.
Görüşdə iştirak edən ADP sədrinin gənclərlə iş üzrə müavini Cəmil Hacıyev ABŞ diplomatlarına ölkədə gənc siyasətçilərin təqib və həbslərə məruz qalması, partiyanın gənclərin siyasi aktivliyi ilə bağlı siyasəti və gənclər təşkilatlarının əlaqələri haqqında məlumat verib. Yığıncaqda iştirak edən digər gənclər də ölkədə mövcud problemlərdən, xüsusilə də azad toplantı və söz azadlığının hakimiyyət tərəfindən tapdalanmasından, gənclərin təzyiqlərə məruz qalmasından danışıblar. Daha sonra diplomatlarla bu məsələlər ətrafında fikir mübadiləsi olub.





11.04.2012     Çap et  Çap et