525-ci qəzet

Bakıda 23-28 dərəcə isti olacaq



Bakıda və Abşeron yarımadasında aprelin 10-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 7-11, gündüz 23-28 dərəcə isti təşkil edəcək.
Aprelin 11-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər və axşam bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11, gündüz 20-25 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında aprelin 10-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi qıraq qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 17-22 dərəcə isti təşkil edəcək. Aprelin 11-də bölgələrdə hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 10-dan 12-dək Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi və gündüz saatlarında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.








10.04.2012     Çap et  Çap et