525-ci qəzet
Ermənilər Azərbaycanın mövqelərini atəşə tutublar
Ermənistan Ordusunun bölmələri aprelin 8-də saat 11.50-dən 12.30-dək və 12.45-dən 12.55-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 12.50-dən 12.55-dək və 19.30-dan 19.50-dək isə Ağdam rayonunun Yusifcanlı və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
10.04.2012
Çap et