525-ci qəzet

“Azərsu” əməkdaşları ağacəkmə kampaniyasında iştirak edib



Aprelin 7-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin bütün idarə və müəssisələrində iməcilik keçirilib. ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iməcilikdə idarə və müəssisələrin kollektivləri fəal iştirak edib. Ağacəkmə kampaniyasında 2 mindən çox zeytun, şam və digər növ ağac əkilib, mərkəzi su anbarlarının, idarə və müəssisələrin ərazisində abadlıq işləri aparılıb. Eyni zamanda mövcud ağaclara qulluq göstərilib.
Yaz mövsümü ilə əlaqədar “Azərsu” ASC-nin istehsalat sahələrinin yaşıllaşdırılması və abadlaşdırılması tədbirləri davam etdiriləcək. Bu məqsədlə aprel ayının irəlidəki şənbə günlərində də “Azərsu” ASC-nin bütün idarə və müəssisələrində iməciliklərin keçirilməsi nəzərdə tutulur.
BƏXTİYAR







10.04.2012     Çap et  Çap et