525-ci qəzet

Elmar Məmmədyarov Braziliyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib



Xarici işlər naziri Elmar Məmmədyarov Braziliyanın Azərbaycana yeni təyin olunmuş səfiri Sergio Arrudanı qəbul edib. Səfirlikdən APA-ya verilən məlumata görə, səfir S.Arruda etimadnamələrinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.
E.Məmmədyarov Azərbaycan-Braziliya əlaqələrinin beynəlxalq təşkilatlar çərçivəsində və ikitərəfli əsaslarda yüksək səviyyədə olduğunu qeyd edərək, yeni səfirə fəaliyyətində uğurlar arzulayıb. O, iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyini xüsusilə vurğulayıb.
S.Arruda iki ölkə arasındakı münasibətlərin artan templə inkişaf etdiyini diqqətə çatdıraraq əlaqələrin daha da genişləndirilməsinin vacibliyini söyləyib.







10.04.2012     Çap et  Çap et