525-ci qəzet

“Lavrovun bəyanatları Azərbaycanın suveren hüquqlarına kobud müdaxilədir”



Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri və Bakıda keçirdiyi mətbuat konfransında səsləndirdiyi bəyanatlar müzakirə olunub. Partiya S. Lavrovun Transxəzər layihəsinə və Azərbaycanın işğal altındakı ərazilərinə münasibətdə səsləndirdiyi fikirləri beynəlxalq hüquq normalarına və Azərbaycanın suveren hüquqlarına kobud müdaxilə kimi qiymətləndirib. İdarə Heyəti hesab edir ki, S. Lavrovun bəyanatları Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə həmsədrlik edən Rusiyanın fəaliyyətini bütövlükdə şübhə altına alır, eləcə də bu ölkənin beynəlxalq hüquq normalarına, işğal edilən Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad olunması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə sayğısız münasibətini ortaya qoyur və problemin ədalətli həllinə ciddi maneələr yaradır.
İdarə Heyəti BAXCP Ali Məclisinin aprelin 14-də keçiriləcək sessiyasının müzakirəsinə təqdim olunacaq gündəliyi də müəyyənləşdirib.






10.04.2012     Çap et  Çap et