525-ci qəzet

UEFA Avropa Liqasını ləğv edir



UEFA Avropa Liqası yarışını ləğv etməyə hazırlaşır.
Almaniyanın “Bild” qəzetinin yaydığı məlumata görə, qurumun prezidenti Mişel Platini 2016-ci ildən Avropa Liqası və Çempionlar Liqası turnirini birləşdiriləcəyini, komandaların sayının 64-ə çatdırılacağını bildirib. Məlumatda qeyd olunub ki, bundan sonra yarış “Avropa Kuboku” adı altında keçiriləcək.
UEFA-nın format və ad dəyişikliyi ediləcəyinin əsas səbəbi kimi Avropa Liqasının gəliri və üzərindəki marağın Çempionlar Liqasıyla müqayisədə geridə qalmasıdır.
Məlumatda bildirilir ki, iki yarışa ümumilikdə 8 komanda göndərən Almaniya, İngiltərə və İspaniya kimi ölkələrdən sözügedən yarışa altı klub buraxılacaq. UEFA reyqinqində daha alt sıralarda olan dövlətlərin isə daha çox komanda göndərəcəyi gözlənilir.






10.04.2012     Çap et  Çap et