İlham Əliyev Suriya ilə bağlı mövqeyini açıqladı

“Suriyadakı vəziyyətlə bağlı bizim kifayət qədər açıq və birmənalı mövqeyimiz var.
Bu mövqe BMT Təhlükəsizlik Şurasındakı səsvermə zamanı da ifadə edilib. Azərbaycan BMT Təhlükəsizlik Şurasının yeni üzvü kimi, Ərəb Liqasının təkliflərini birmənalı şəkildə dəstəkləyib və Suriya ilə bağlı qətnamənin qəbul edilməsində fəal rol oynayıb”. APA-nın məlumatına görə, bunu Praqada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Çexiya prezidenti Vatslav Klausla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
“Eyni zamanda, biz bəyan etmişik ki, Kofi Annan planını dəstəkləyirik və bu dəstək çox genişdir” deyən prezident Suriyadakı vəziyyətin tezliklə tənzimlənəcəyinə, günahsız insanların qırılmasının dayandırılacağına ümid etdiyini vurğulayıb.