525-ci qəzet

Xaricdə təhsilin prioritet sahələrində yeniliklər edilib



2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı çərçivəsində növbəti tədris ili üçün əsas prioritetlər sırasına yeniliklər əlavə edilib. Bu barədə jurnalistlərə təhsil nazirinin müavini Qulu Novruzov deyib. Nazir müavininin sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq növbəti tədris ili üçün nano texnologiyalar və qədim dillər də prioritetlərə əlavə olunub: “Qədim dillərin prioritetlər sırasına salınması Azərbaycan tarixinin, mədəniyyətinin öyrənilməsində qədim mənbələrdən istifadə olunması ilə bağlıdır”. Nazir müavini əlavə edib ki, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı çərçivəsində xaricdə təhsil almağa göndərilən tələbələrin təhsil haqlarının köçürülməsində heç bir ləngimə halları olmayacaq: “Çünki bu proseslərin daha operativ həyata keçirilməsi üçün Dövlət Neft Fondu ilə məsləhətləşmələr aparılıb, növbəti tədris ilində bununla bağlı xüsusi proqram təminatı həyata keçiriləcək”. Q.Novruzov bildirib ki, sifarişlə hazırlanmış proqram təminatı ödənişlərin çatdırılması ilə bağlı bəzi prosedurların təxirə salınmasına imkan verəcək: “Bu da tələbələrə ödənişlərin daha operativ şəkildə çatdırılmasına səbəb olacaq”.
S.QARAYEVA






07.04.2012     Çap et  Çap et