525-ci qəzet

Parlament İsa Nəcəfovun Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsinə razılıq verdi



Milli Məclisin iclasında İsa Nəcəfovun Azərbaycanın Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi məsələsinə baxılıb.
Millət vəkilləri geniş müzakirələr açmadan İ.Nəcəfovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsinə öz razılıqlarını bildiriblər.
Spiker Oqtay Əsədov isə sözügedən şəxsi qısaca olaraq “təmkinli, ağır, peşəkar hüquqşünas” kimi dəyərləndirib.
Kamil HƏMZƏOĞLU







07.04.2012     Çap et  Çap et