525-ci qəzet

Telman İsmayılova Moskvanın mərkəzində otel tikməyə icazə verildi



Rusiya paytaxtı Moskvanın şəhərsalma-torpaq komissiyası azərbaycanlı iş adamı Telman İsmayılovun AST şirkətinə şəhərin mərkəzində – Kremldən 700 metr məsafədə otel tikmək icazəsi verib. “Media forum” saytı “RİA Novosti” agentliyinə istinadla bildirir ki, şəhərsalma-torpaq komissiyasının protokoluna əsasən, şirkət Nikita bulvarında 24 otaqlı hotellərdən ibarət kompleks tikmək hüququ qazanıb. Məlumata görə, sahibkar mayın 7-nə qədər torpaq sahəsinin şəhərsalma planını ala biləcək. Kompleksin 2015-ci ilin birinci rübündə işə düşəcəyi bildirilir. Ekspertlərin rəyinə görə, layihəyə qoyulan investisiyanın həcmi 80-100 milyon dollar təşkil edə bilər.
Telman İsmayılov Rusiyanın ən varlı iş adamlarından hesab olunur. O, 2009-cu ilə qədər Moskvada Çerkiz və Varşava bazarlarının, “Praqa” restoranının, “Qrand” mebel mərkəzinin və digər obyektlərin sahibi olub. 2009-cu ilin sentyabrında sanitariyaya nəzarət orqanları İsmayılovun əsas gəlir mənbəyi olan Çerkiz bazarında bir sıra qanun pozuntuları aşkarlayıb və Moskva hakimiyyəti obyektin sökülməsi haqqında qərar qəbul edib.





07.04.2012     Çap et  Çap et