525-ci qəzet

Ermənistan silahlı qüvvələri atəşkəsi pozmaqda davam edir



Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 5-də saat 16.35-dən 16.40-dək Qazax rayonunun Barxudarlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 17.40-dan 17.45-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, aprelin 6-da saat 01.45-dən 01.50-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 05.20-dən 05.30-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 05.25-dən 05.35-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.









07.04.2012     Çap et  Çap et