525-ci qəzet
“Rusiya paytaxtı Sibirə köçürülsün”
Moskva vilayətinin qubernatoru vəzifəsinə təyin olunan Rusiyanın fövqəladə hallar naziri Sergey Şoyqu paytaxtı Sibirə köçürməyi təklif edib. APA-nın xəbərinə görə, əslən Tuvadan olan S. Şoyqu dəfələrlə Sibiri inkişaf etdirməyin önəminə diqqət çəkib. “Druqaya Rossiya” Partiyasının lideri Eduard Limonov da onu dəstəkləyib.
Qeyd edək ki, S. Şoyqu mayın 11-də Moskva vilayətinin qubernatoru postunda fəaliyyətə başlayacaq.
07.04.2012
Çap et