525-ci qəzet

Türkiyə Avropa İttifaqı ilə əlaqələrini dondura bilər



Türkiyə Böyük Millət Məclisinin spikeri Cəmil Çikək Ankaranın Avropa İttifaqı ilə əlaqələrini dondura biləcəyini açıqlayıb. “Trend”in məlumatına görə, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat verib. “Aİ-nin rotasiyalı prezidentliyi Kiprə verilsə, Ankara onunla əlaqələrini dondura bilər”, – deyə C.Çiçək bildirib.
İyulun 1-dən etibarən Aİ-nin rotasiyalı prezidentliyinin Cənubi Kiprə verilməsi gözlənilir.
Türkiyə ilə Aİ arasındakı əlaqələr 1964-cü ildə imzalanmış Ankara müqaviləsi ilə başlayıb. Aİ 2002-ci ildə müəyyənləşdirdiyi Kopenhagen meyarlarının Türkiyənin üzvlüyü üçün əsas olduğunu bildirmişdi. Bu tarixdən başlayaraq, Türkiyə tərəfi bu meyarlara uyğun ciddi hüquqi, siyasi və iqtisadi islahatlar həyata keçirib. 2005-ci ildən Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı tərəflər rəsmi müzakirələrə başlayıb.





07.04.2012     Çap et  Çap et