525-ci qəzet
Metyu Brayza özünə yeni iş tapdı
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Estoniyada yerləşən Beynəlxalq müdafiə tədqiqatları mərkəzinə rəhbərlik edəcək. APA-nın verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Bakıda Azərbaycanla ABŞ arasındakı diplomatik münasibətlərin yaranmasının 20-ci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edən Metyu Brayza bildirib.“Mən və mənin ailəm Azərbaycan üçün çox darıxırıq. Mən xoşbəxtəm ki, ailəmlə Bakıda pasxa tətilini keçiririk. Bizə burada çox gözəl münasibət bəsləyirlər. Biz heç vaxt Azərbaycanı unutmayacağıq”.
ABŞ-ın Azərbaycana yeni səfirinin təyin olunması məsələsinə toxunan Brayza deyib ki, bu məsələ tamamilə prezident Barak Obamadan asılıdır. ABŞ prezidenti səfir vəzifəsinə yeni namizəd barədə düşünür. Əlbəttə ki, bu bacarıqlı namizəd olacaq və iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsinə nail olacaq. Qarabağ münaqişəsinin həlli perspektivlərindən danışan Brayza bildirib: “Mən əminəm ki, masa üstündə olan təkliflər real və həyata keçiriləndir. Bu məsələ üzərində həmsədrlər illərlə işləyiblər. Ümid edirəm ki, dövlət başçıları arasında etibar olan zaman münaqişənin həllində əsaslı irəliləyiş əldə olunacaq”
07.04.2012
Çap et