525-ci qəzet

“Azərpoçt” ölkə üzrə bankomat şəbəkəsini genişləndirir



Yaxın günlərdə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” MMC Gəncə şəhərində yeni bankomatı müştərilərin istifadəsinə verəcək. MMC-dən “APA-Economics”ə verilən məlumata görə, “Azərpoçt” POS-terminallar və bankomatlar vasitəsilə xidmət göstərir: “Bankomatlar Bakı şəhərində, POS-terminal isə Lerik rayonunun Çayrud kəndində istifadəyə verilib. Müəssisə yaxın günlərdə Gəncədə də yeni bankomat istifadəyə verməyi planlaşdırır. Hazırda bankomatın dislokasiya yeri müəyyənləşdirilir və yaxın günlərdə məsələ öz həllini tapacaq”. Qeyd edək ki, yaxın günlərdə digər bölgələrdə də uyğun işlər həyata keçiriləcək.






07.04.2012     Çap et  Çap et