525-ci qəzet

Müəssisə və obyektlər hərraca çıxarılır



May ayının 1-də paytaxt və regionlarda kiçik dövlət müəssisə və obyektlər hərraca çıxarılacaq. Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet səhifəsində yerləşdirilən elanda qeyd edilib ki, Bakıda 2, Yevlaxda 1, Beyləqanda 1, Ağsuda 1 obyekt olmaqla, 5 müəssisə satışa çıxarılıb. Bu müəssisənin işçiləri güzəştli satışda elan dərc edilən gündən etibarən 25 gün ərzində iştirak etməlidir. Hərraclar Bakıda Hərracların Təşkili üzrə Auksion Mərkəzində, digər şəhər və rayonlarda isə yerli hərrac komissiyası tərəfindən keçiriləcək.
BƏXTİYAR





07.04.2012     Çap et  Çap et