525-ci qəzet

Yanvar və fevral ayında sənayedə 6 milyard manatlıq məhsul istehsal olunub



Ölkənin sənaye sahələrində 2012-ci ilin yanvar-fevral aylarında 6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz çox məhsul istehsal olunub və xidmətlər göstərilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qeyri-neft sektorunda 17,2 faiz artım, neft sektorunda 3 faiz azalma müşahidə olunub. İstehsalın 78,2 faizi mədənçıxarma, 15,7 faizi emal, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib. İki ay ərzində neft hasilatı 7,5 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 3 milyard kub-metr təşkil edib. Qeyri-neft bölməsinin məhsullarından qida, toxuculuq, neft məhsullarının, rezin və plastmas məhsullarının, tikinti materiallarının, hazır metal məmulatlarının, elektrik enerjisinin, mebel, kompüter və digər elektron və elektrik avadanlıqlarının, nəqliyyat vasitələrinin, maşın və avadanlıqların və s. məhsulların istehsalında daha çox artım əldə edilib.
BƏXTİYAR






07.04.2012     Çap et  Çap et