525-ci qəzet

ORALARDA KİMLƏR VAR: RUS JURNALİSTİKASININ ƏFSANƏSİ İnna Rudenko –1



Peşəsi, prinsipləri və siyasi əxlaq haqqında

Bizim nəslin çox gözəl tanıdığı “Komsomolskaya pravda” qəzetinin İnna Rudenko adında bir yazarı Ukraynanın uzaq bir guşəsindən bir qız haqqında unudulmaz bir yazı yazır. Yazı yox, gözəl və faciəvi bir hekayət yazır. Və mən həmin qızın ardınca Ukraynanın ən ucqar vilayətindən olan Mlinovkaya gedirəm və o qızı tapıram.Orada mən təxminən yarım ay qalıram...Qayıdanda Moskvadan qayıdıram. İnna Rudenkoya telefon açıram və yuxarıdakı hekayəti çox hızlı bir surətdə ona anladıram və yazı üçün təşəkkür edirəm, o isə : O YAZI ÜÇÜN MƏNƏ YOX, MƏNİM BAŞ REDAKTORUMA TƏŞƏKKÜR ELƏMƏK LAZIMDI-deyir.
O zaman üçün bu ifadənin tamam ayrı bir hökmü vardı.
Çox uzatmayaq.Bu gözəl qələm sahibi hələ də yaşayır və onunla müsahibəni oxucuların diqqətinə çatdırıram. “Rusiya” qəzetindən sərbəst çeviri. Tofiq Abdin

–İndi birdən jurnalistika haqqında müzakirə açıldı. Səbəb – bir populyar jurnalda rəhbərin növbəti dəyişməsidir. Və budur mübahisəyə başladılar: hansı jurnalistika bizə lazımdır? Bəziləri deyirlər ki, “plastik” yol daha düzgündür, asan oxumaq üçün,başqaları prinsipal olmağı müdafiə edir, hansılarda ki, biz vardıq. Dərinlik, bədiilik, insan və “mən”, yəni siz ... Amma ola bilər, həqiqətən iş elə gətirdi ki, köhnədən imtina etmək lazımdır?
İnna Rudenko- 1994-cü ildə Praqadan Moskvaya dördillik ayrılıqdan sonra qayıtdım. Və sən özün əla xatırlayırsan, hansı illər idi. Qayıtdım, doğma altıncı mərtəbəyə gəldim, qəzetə, o qəzetə ki, ömrümdən yarım əsr vermişdim və rəhbərlərdən biri dedi : “İnna Pavlovna, siz görürsüz ki,başqa ölkəyə gəlmisiz, başqa qəzetə gəlmisiz, sizin bir vaxtlar yazdığınız yazılar indi çox asan yol tapır qəzetə. Bunun üçün heç bacarığ da lazım deyil?”
Bax belə.Sonradan eşitdim ki, o daha irəli gedib və belə deyib: “ O daha nədən yaza bilər ki? O haqdamı ki, küçədə bir köməksiz qarını necə sürüyürlər”.Mən heç vaxt əxlaq dərsi vermirdim,mən bütün həyatı yazırdım,olanları yazırdım.Sosial mövzulara da hücum edirdim.Problemi problem olaraq qələmə alırdım, yazılarımın mərkəzində İNSAN vardı. Bu məni maraqlandırırdı. Mən artıq adam olmaq istəmirdim. Dedim ki, gəlin bir sınayaq.Alınmaz çıxıb gedərəm.Bu çox çətin dövr idi mənim üçün. Çox çətin. Mən, redaksiyannı dəhlizində Qorkinin qəhrəmanı Nilovna kimi yanportü keçirdim ki, aman o adam məni görməsin.Amma sonralar yenidən ab-hava yavaş-yavaş dəyişdi,mənim yazdığım mövzulara münasibət də dəyişdi. Bu gün mən qəzetdə “İnna Rudenkoyla Söhbət” şəxsi rubrikam var, mən, əvvəlki kimi, heç bir “sarı” mövzuyla razılaşmayıb məktublarla işləyirəm.
– Doğrudur siz Nina Andreyevna kimi heç vaxt prinsiplərinizdən imtina etmirdiniz.
Rudenko : Sən də bilirsən və belə hesab edirəm ki, çətin ayaqda siyasi prinsiplərdən imtina etmək olar. Lazımdır! Çünki zamanla sən nəsə tanıyırsan,bilirsən: yetər deyək ki, daha əvvəl bizdən gizlədilmiş Leninin məktublarını oxumaq, ona münasibəti dəyişdirdi. Və “Arxipelaq QULAQ”? Əvvəlcə biz bu sistemi – sosializmi yaxşılaşdırmaq sevdasındaydıq-, sonra biz anladıq ki, onu yaxşılaşdırmaq mümkün deyil, bizim baxışlarımız dəyişdi... Amma baxın etik prinsiplərdən imtina etmək olmaz. 1994-cü ildə qəzetə qayıdıb, yenidən işə başlayanda mən çox tapşırıqlardan imtina edirdim, bəzən hiylələrlə, bəzən açıq görürdüm ki,bunu yazası olmayacağam.
–Nəydi onların istədikləri?Nələrdən siz imtina etməli olurduz?
Rudenko – Onların istədikləri mənim inamlarıma zidd olurdu. Amma, yeri gəlmişkən, mən əvvəllər də imtina edirdim.Mən “Komsomolskada” işə başlayanda təcrübəsiz gənc birisiydim.Partiya nə danışırsa o haqlıdı kimi bir senz vardı. Və üstəlik də tədricən qəzet mənə öz mövqeyini diqtə etməyə başladı ki,mən də öz mövqeyimi itirmək istəmirdim.Bunu da gənclərə tövsiyə edirdim :” Mövqeyinizi əldən verməyin.Nüfuzunuzu qoruyaraq çalışın, şləyin, sonra nüfuz sizə işləyəcək”.Dəfələrlə yazılarıma Brejnevdən sitat verməyi tovsiyə edirdilər.Əmr edirdilər bəzən. Mənsə bunu heç vaxt eləmədim! Keçmiş illüziyalarla bağlı yazılarım çap olunurdu,məsələn mən Dzerjinski haqqında ona görə yazırdım ki,o kimsəsiz uşaqları xilas etmişdi. Bəzi şeylər də oldu ki,mən indi onları yazmaram.Amma hakimiyyətə xidmət etmək? Xeyr.Mən qəhrəman deyiləm, amma nə də olsa,axı müqəddəs şeylər də var: məni kəs, eləmərəm. Düşünürəm, oxucular bunu qiymətləndirdilər. Mən onunla fəxr edirəm ki,mükafat üçün yazmadım,mənim mükafatım oxucu məktubları idi,mənim öz poçtum var, öz oxucum.
– İndi də onlar sizə yazırlar?
Rudenko- Bəli! Bəli! İndi qəzetdə böyük poçt var. Və mənə yazırlar. Həm də, təkcə qocalar yox,həm də cavanlar da mənə yazırlar.Bax bu fəxredici bir şeydi.
RQ- İndi, İnna Pavlovna, mən sizə uzun bir sual verim : Üç əsrin dörddə biri dövlət daima eyni şeyi eləyirdi: dürüst, zadəgan, təvazökar, vətənpərvər, zəhmətkeş insanları döyürdülər.Onlar da olmasa bizdə mənəvi kodeks vardı. Heç kim romantika və Tayqanın qoxuları haqqında mahnılar ifa etmirdi, amma biz ifa edirdik, həm də ürəkdən. Bizi bu ruhda tərbiyə edirdilər.Və nəticədə? Bu gün Rusiya – gizlin deyil ki,Yer kürəsində ən kriminal dövlət və özünü itirmiş bir məmləkət. Keçmiş tərbiyəçilər ölkəni oğurladı, oliqarx-yırtıcı oldu, utanmazdır, dəyişməyə, mənəvi kodeksə cinayət xasiyyətlərini gətirdilər, hansılar ki, əhalinin çox hissəsi ağır yaşayır. Qəzetlər, hansılar ki, yüksək əxlaqa keşikdə dururdular, sarı nəşrlərə çevrildilər. Saymaqla bitməz bu faktlar.Yaxşı nə baş verdi?
Rudenko- Otuz il əvvəl hamı romantik mahnıları səmimiyyətlə ifa etmirdi. Sən bəs özün xatırlamırsan ki, pioner və komsomol işində formalizm, rəsmiyyətçilik dolu idi ki, o həyat qoçaq uşaqları doğururdu,hansılar ki, yeri gəlmişkən, yenidən qurmanın sonunda tez anladılar ki, nə qədər faydasız işlərlə məşğul olublar.Bu bir proqram idi.Qəzetdə mənim gözlərim qarşısında olanlar budu ki, yenidən qurmaya qədər də bəzi mübarizələr gedirdi. Yuxarıdan göstərişlər olurdu,ümumittifaq komsomol yığıncaqları, Lenin günləri və sair... Amma deyək ki, “Al-qırmızı yelkən” kimi rubrikalarımız vardı ki, bu səhifə yeniyetmələr aid idi.Başqa səhifədə – formalizm, rəsmiyyətçilik, sıxıntı, formalizm, bu səhifədə – səmimiyyət, təmizlik, romantik.Mən çox təəccübləndim, azadlıq,necə tez gəldi, yeni bazar münasibətləri abırı sildi atdı. Humanizm yenidən məğlub olur.Bizi həmişə “Al-qırmızı yelkənlə” qınayırdılar, deyirdilər: siz nə komsomolsunuz,siz nə pionersiniz? Hakimiyyət boynumuzdan bir yarlıq asmışdı: üstündə də abstraktsonizm, humanizm, ideyasızlıq.Niyə humanizm yoxdu sizlərdə,niyə humanizim sosializm ideallarına daxil olmur? Hər hansı bir insanın taleyindən danışılırdısa, o olurdu abstraksonizm. Sima Soloveyçik məktəb şöbəsində işləyirdi,mənim iş yoldaşım “ Maraqlı təlim” adlı bir məqalə yazmışdı”. Oxumaq – borc, vəzifə deyil,oxumaq maraqlı və əyləncəli məşğuliyyətdi. Bax bu cür öyrətmək lazımdı,belə dərs demək lazımdır. Mübahisəsiz fikir. Amma o zaman bu təklif bomba kimi partlamışdı.Məktub gəlir:
“ Əgər maraqla təlimi görmək istəyirsinizsə, onda gəlin, zəhmət olmasa Donetsk şəhərinə müəllim Şatalovun yanına”. Soloveyçik getdi. Sonra “Şatalov Metodu”adlı bir yazı yazdı.O zaman metod sözü özü belə qorxulu idi. Marksizm metodu vardı. Bu Şatalov hardan çıxdı? Bu nə inqilabdı.Şatalov fizika müəllimi idi. Bu yazıda məni bir şey təəcübləndirmişdi: o öz şagirdlərinə evə üç məsələ verir – onlar altı məsələ həll edirlər. O altı məsələ verir – onlar iyirmi məsələ həll edirlər. Sinifdə hər kəs üz tutur fizikaya. Mənim nə işimə qalıb o buna necə nail olub? Amma bundan sonra ÜLKGİ-in MK-ı müşavirə çağırır və ora heç birimizi dəvət etmirlər. Nə məni,nə Soloveyçiki, nə Şatalovu və orada qərara gəlirlər : “Belə ola bilməz, çünki ola bilməz heç vaxt”.Tyajelnikov və Suslov necə əmr eləyibəsə elə olmalıdı.Bu adam vətənpərvər olsa da bizim insanımız deyil. Heç yerə onu buraxmaq olmaz.Mən indi xatırlayıram, o uşaq kimi belə hadisələrdə küsürdü: bəli, kim onlara belə mühakimə etmək hüququnu verdi : kim vətənpərvərdi, kim vətənpərvər deyil?Sən ki, xatırlayırsan, ideyasızlıqla necə, mübarizə apararaq, hər bir normal cəhdi formalizm, anormal elan edirdilər, hər bir təzə fikri məhv eləmək istəyirdilər. Düşüncə,fikir bir yana qalsın Allahın cins geyimini də inqilab hesab edirdilər.Raykomlardan öyrənməyi tövsiyə edirdilər,indiki sərbəst gecə klublarında öyrədilən şeylər kimi.
(Davam edəcək)

Tofiq ABDİN,
[email protected]
tofigabdin.com






Mənbə: Tofiq ABDİN07.04.2012     Çap et  Çap et