525-ci qəzet

Üç nəfər qar uçqununa düşdü



Azərbaycanda üç nəfər qar uçqununa düşüb. APA-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat yerləşdirilib. Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qəbələ rayonu, Vəndam kəndinin 3 sakini ov etmək məqsədilə dağa gedib və geri qayıtmayıb. Yaxınları onların qar uçqununa düşdüyünü bildirib. Dərhal Fövqəladə Hallar Nazirliyinin aviasia dəstəsinin 1 helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və xüsusi təlim keçmiş itlər hadisə rayonuna cəlb olunub. Baş vermiş uçqun nəticəsində itkin düşdüyü bildirilən şəxslər – 1992-ci il təvəllüdlü Elvin Muxtar oğlu Kərimov, 1990-cı il təvəllüdlü Nazir Tahir oğlu Bayramov və 1991-ci il təvəllüdlü Zakir Qəzənfər oğlu Məmmədovdur.
Hazırda onların axtarışları davam etdirilir.






06.04.2012     Çap et  Çap et