525-ci qəzet

Türkiyədə daha bir klub prezidenti həbs olundu



Futbol üzrə Türkiyə Superliqasında mübarizə aparan “Qaziantepspor” klubunun prezidenti İbrahim Kızıl həbs olunub.
Kızıldan əlavə klubun daha 15 əməkdaşı saxlanılıb.
Onlar Türkiyə futbolundakı danışılmış oyunların təşkilində şübhəli bilinirlər. Konkret, Kızılın rəhbərliyi dövründə “Qaziantepspor”un müntəzəm olaraq danışılmış oyunlarda iştirak etdiyi vurğulanır.
Qeyd edək ki, buna qədər “Fənərbağça” klubunun prezidenti Aziz Yıldırım da oyun alqı-satqısında təqsirləndirilərək həbs olunub.






06.04.2012     Çap et  Çap et