525-ci qəzet

Binəqədidə qan davası



Oğlu güllələnən ata cinayəti törədənin qardaşını bıçaqladı.Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zeynal Abbasova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Zülfüqar Məmmədov tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-ı verilən məlumata görə, araşdırmalar zamanı həmin gün Zeynal Abbasovun qardaşı Heybətin odlu silahdan atəş açaraq Zülfüqar Məmmədovun oğlu Cavidə bud nahiyəsindən xəsarət yetirməsi müəyyən edilib.
Cavid Məmmədov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir. Heybət Abbasovun tutulması üçün tədbirlər görülür.




05.04.2012     Çap et  Çap et