525-ci qəzet
Valentina Matviyenko Azərbaycana gələcək
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko aprelin 8-9-da Azərbaycana rəsmi səfər edəcək.APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, Valentina Matviyenkonun prezident İlham Əliyev, baş nazir Artur Rəsizadə, Milli Məclisin spikeri Oqtay Əsədovla görüşləri nəzərdə tutulur. Federasiya Şurasının sədri həmçinin Bakı Slavyan Universitetinin müəllim-tələbə heyəti qarşısında çıxış edəcək.
05.04.2012
Çap et