525-ci qəzet

Qəbələdə üç nəfər qar uçqununa düşüb



Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qəbələ rayonu, Vəndam kəndinin 3 nəfər sakini ov etmək məqsədilə dağa gedib və geri qayıtmayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, yaxınları onların qar uçqununa düşdüyünü bildiriblər. Dərhal Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin 1 helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və xüsusi təlim keçmiş itlər hadisə rayonuna cəlb olunub. İtkin düşmüş şəxslərin axtarışları davam etdirilir.





05.04.2012     Çap et  Çap et