525-ci qəzet

Kristian Vigenin: “Ermənistan “Eurovision”da iştirak etsəydi...



“Azərbaycan tərəfi Avronest Parlament Assambleyasının Bakıda keçirilən II plenar sessiyasında iştirak edən Ermənistan nümayəndələrinin təhlükəsizliyini yüksək səviyyədə təmin etdi”. APA-nın xəbərinə görə, bunu Avronest Parlament Assambleyasının (PA) həmsədri Kristian Vigenin PA-nın Bakıda keçirilən 2-ci sessiyasının yekunlarına dair mətbuat konfransında deyib. K.Vigenin onu da deyib ki, əgər Ermənistan Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində iştirak etsəydi, o zaman bu ölkə təmsilçisinin təhlükəsizliyi də bu cür təmin olunardı: “Mən belə boykotları xoşlamıram”.






05.04.2012     Çap et  Çap et