525-ci qəzet

İrəvan Qəbələdəki RLS-in Ermənistana köçürülməsini təklif edir



Ermənistan Rusiyaya radiolokasiya stansiyası (RLS) tikmək üçün öz ərazisində yer verməyə hazırdır. Modern.az bildirir ki, bu barədə baş nazir Tiqran Sərkisyan “Kommersant” qəzetinə müsahibəsində bəyan edib. “Əgər Rusiya Qəbələ RLS-lə bağlı icarə şərtlərini razılaşdıra bilməsə, Ermənistan bu tikintini öz ərazisində aparılmasına icazə verə bilərmi” sualının cavabında baş nazir “niyə də yox” cavabını verib. “Əlbəttə, bu mümkündür. Əgər bizim ərazimiz belə bir maraq doğurarsa, bu məsələni müzakirə etməyə hazırıq. Fikrimcə, Ermənistanın dağlıq ərazidə yerləşməsi RLS-in müşahidə imkanlarını daha da artıra bilər”-deyə Sərkisyan vurğulayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrovla olan görüşü barədə danışan baş nazir bildirib ki, bu sırada “Metsamor” AES-in yeni blokunun tikintisi barədə müzakirələr aparıb.
Ermənistanın baş naziri qeyd edib ki, Moskva ilə siyasi müttəfiqdirlər və İrəvan atdığı bütün addımlar barədə Rusiyanı xəbərdar edir.








05.04.2012     Çap et  Çap et