525-ci qəzet
Azərbaycan kazaklarının atamanı:“Müharibə başlasa, Azərbaycan tərəfdən vuruşmağa hazırıq”
Azərbaycan kazaklarının rəhbərliyi Azərbaycan Prezidenti İlham Əliyevin ataman Anton Qolovatıy adına ordenlə təsis olunduğunu bəyan edib. APA-nın məlumatına görə, Azərbaycan kazaklarının atamanı Viktor Merejkin bu qərarı Bakıda keçirdiyi mətbuat konfransında açıqlayıb. Onun sözlərinə görə, hazırda mükafat Azərbaycanın Ukraynadakı səfirliyindədir və Azərbaycan Xarici İşlər Nazirliyi vasitəsilə prezidentə çatdırılacaq.
Viktor Merejkin bildirib ki, kazaklar Azərbaycan xalqının qardaşıdır və Azərbaycanın işğal altında olan ərazilərinin azad olunmasına can atırlar: “Müharibə başlayacağı təqdirdə kazaklar Azərbaycana dəstək verməyə və Azərbaycan tərəfdən vuruşmağa hazırdır”.
05.04.2012
Çap et