525-ci qəzet

Baş Prokurorluq Maştağada əməliyyat keçirdi



Azərbaycanda vəzifəli şəxs korrupsiya faktı ilə əlaqədar saxlanılıb. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib. Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları sragağün Bakının Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə icra nümayəndəliyində əməliyyat keçirib. Əməliyyat nəticəsində Maştağa qəsəbəsi üzrə icra nümayəndəsi Arzu Hacıyev Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən rüşvət faktı ilə əlaqədar saxlanılıb. Maştağa icra nümayəndəliyindən faktı təsdiqləyiblər. İcra nümayəndəliyindən faktla bağlı ətraflı açıqlama verilməyib.





05.04.2012     Çap et  Çap et