525-ci qəzet

Azərbaycan səfirliyi “Foreign Policy”yə etiraz məktubu göndərib



Azərbaycanın ABŞ-dakı Səfirliyi “Foreign Policy” dərgisində Mark Perrinin müəllifi olduğu “Israel’s Secret Staging Ground” adlı məqalə ilə bağlı dərgiyə etiraz məktubu göndərib. Həmin məktub “Azerbaijan Is Not Israel’s Secret Staging Ground” başlığı altında dərc edilib. Bu barədə APA-ya Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib. Səfirlik bununla növbəti dəfə ABŞ mətbuatında Azərbaycanla bağlı təxribatçı yazılara öz qəti etirazını bildirdiyini bəyan edib. Qeyd edək ki, dərgidə İsrailin Azərbaycan aerodromlarından istifadəsinə rəsmi Bakının razılıq verdiyi barədə məqalə dərc olunub.




04.04.2012     Çap et  Çap et