525-ci qəzet

Dünyada bir ilkin reallaşdırılacağı orijinal layihə



Layihədə dünyada ilk dəfə olaraq Alakörpü Anbarından çıxan su dənizin səthindən 250 m dərinlikdə keçməklə 80 km aralıdakı Geçitköy Anbarına töküləcək. Dənizin dibi ilə aparılacaq borular, dəniz səthində gəmilər vasitəsiylə birləşdirildikdən sonra dəniz suyu ilə doldurularaq dəniz dibinə basdırılacaq. Dəniz içindən keçəcək borular 134 ədəd asqı vasitəsi ilə bərkidiləcək. Dəniz altına yerləşiləcək borular “ağıllı borular”dı və bu borulara quraşdırılacaq ötürücü və sensorlar sayəsində olabiləcək təhlükəni əvvəlcədən təsbit edib onu aradan qaldırmaq olacaq. ŞKTC-yə ildə 75 milyon kub metr su daşıyacaq layihənin reallaşması ilə həm içmə və məişətdə istifadə etmə suyu bu ölkənin təxminən 50 illik su ehtiyacı?? ödəyəcək. Digər tərəfdən də adanın ən böyük düzənliklərindən biri olan, ancaq quraqlıqın təsirindən məhsuldar ərazi kimi istifadə edilə bilməyən Meserya düzənliyinin təxminən 50 min dekar sahə sulanacaq.









04.04.2012     Çap et  Çap et