525-ci qəzet

Sorbonnada “Əli və Nino” əsasında musiqili tamaşa göstəriləcək



Aprelin 6-da Parisin Sorbonna Universitetinin böyük amfiteatrında Qurban Səidin “Əli və Nino” əsərinin motivləri əsasında hazırlanmış musiqili tamaşa oynanılacaq. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tamaşanın bədii rəhbəri Parisdə musiqi təhsili alan Səidə Zülfüqarovadır. Tamaşada rus və fransız aktyorlarla yanaşı, gürcülərin “Lazi” və Azərbaycan Fransa Gənclər Assosiasiyasının rəqs ansamblının üzvləri iştirak edəcəklər. Tamaşa zamanı bəstəkarlar Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Vaqif Mustafazadə, Cövdət Hacıyev, Arzu Rzayev, Fritz Kreislerin əsərləri ilə yanaşı Azərbaycan və gürcü rəqs havaları da səsləndiriləcək.
GÜNEL




04.04.2012     Çap et  Çap et