525-ci qəzet

Belarus həkimlər Azərbaycanda



Azərbaycanda kardiocərrahiyyə xidmətinin təkmilləşdirilməsi məqsədi ilə Belarusiyanın Kardiologiya və Kardiocərrahiyyə İnstitutunun aparıcı mütəxəssisləri tərəfindən Akademik M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin həkim və orta tibb heyəti üçün təlimlər təşkil olunur. Səhiyyə Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, belarusiyalı mütəxəssislər azərbaycanlı müdavimlər üçün elmi-praktiki seminarlar, master-klasslar və mühazirələr keçəcəklər, eləcə də birgə cərrahi əməliyyatlarda iştirak edəcəklər. Qeyd edək ki, təlimlər 12 aprel 2012-ci il tarixinədək davam edəcək.
BƏXTİYAR






03.04.2012     Çap et  Çap et