525-ci qəzet

Azərbaycan-Ukrayna iş adamları arasında görüş keçiriləcək



Aprelin 4-də Ukraynanın baş naziri Nikolay Azarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri səfəri çərçivəsində Bakıda Azərbaycan-Ukrayna işgüzar görüşünün keçirilməsi nəzərdə tutulur.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən təşkil edilən tədbirdə kənd təsərrüfatı və qida sənayesi, energetika, maşınqayırma, rabitə və informasiya texnologiyaları, nəqliyyat, tikinti, neft emalı və digər sektorları təmsil edən Azərbaycan və Ukrayna iş adamları iştirak edəcək.
BƏXTİYAR





31.03.2012     Çap et  Çap et