525-ci qəzet

“Buzovna” yatağında yeni quyu qazılır



Kompleks Qazma İşləri Trestinin “Abşeron” Qazma İşləri İdarəsi tərəfindən “Buzovna” yatağında 1376 nömrəli quyunun qazma işlərinə başlanılıb. ARDNŞ-dən verilən məlumata görə, H.Z.Tağıyev adına NQÇİ-nin sifarişi ilə Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1900 metrdir.
Qeyd edək ki, geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.
BƏXTİYAR





29.03.2012     Çap et  Çap et