525-ci qəzet

“Leyli və Məcnun” operasının ilk audio versiyası hazırlanır



Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının ilk audio versiyası hazırlanır. Layihəni Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Konservatoriyası ilə birlikdə reallaşdırır.
Bu barədə məlumat verən Məcnun rolunun mahir ifaçısı, Xalq artisti Mənsum İbrahimov deyib ki, ilk dəfə olaraq studiya səviyyəsində audiodisk hazırlanacaq. Orkestr yazılışları və xor hissəsinin artıq başa çatdığını və artıq audiolent yazısına başlanıldığını bildirən M. İbrahimov Azərbaycanda keçiriləcək “Eurovision- 2012” mahnı müsabiqəsi başlananadək audiodiskin hazır olacağını qeyd edib. Mənsum İbrahimovun operada tərəf müqabili Xalq artisti Nəzakət Teymurovadır.
GÜNEL





29.03.2012     Çap et  Çap et