525-ci qəzet

Maestro Niyazinin 100 illiyinə həsr olunmuş konsert olacaq



Maestro Niyazinin mənzil muzeyində Bakı şəhər musiqi və incəsənət məktəblərinin Müəllimlər Şurasının təqdimatı ilə beynəlxalq və respublika müsabiqələrinin laureatlarının konserti təqdim olunacaq. Bu barədə muzeydən verilən məlumatda deyilir. Məlumata görə, konsert dünya şöhrətli dirijor, bəstəkar, ictimai xadim, beynəlxalq və dövlət mükafatları laureatı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunacaq. Qeyd edək ki, konsertdə 8, 15, 21, 22, 24, 35, 38 saylı musiqi məktəblərinin şagirdləri iştirak edəcəklər. HÜSNİYYƏ




28.03.2012     Çap et  Çap et