525-ci qəzet

Naxçıvan Dövlət Musiqili Dram Teatrı Türkiyədə çıxış edəcək



Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı Türkiyənin antik şəhəri olan Tarsusda keçiriləcək VI Türk Dünyası Teatr Günlərində iştirak edəcək. Festivalın təşkilatçısı olan Tarsus bələdiyyəsindən bildirilib ki, martın 27-dən 31-dək davam edəcək teatr günlərində Naxçıvan Dövlət Musiqili Dram Teatrı görkəmli alman drmaturqu Qothold Efraim Lessinqin “Müdrik Natan” əsəri əsasında hazırlanmış tamaşanı təqdim edəcək. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Kamran Quliyevdir. VI Türk Dünyası Teatr Günləri martın 27-də Türkiyə, Azərbaycan, İran, İraq və Şimali Kiprin teatr truppalarının Tarsusdakı Cümhuriyyət meydanında Mustafa Kamal Atatürkün abidəsinin önünə çələng qoyma mərasimi ilə başlayacaq. GÜNEL




28.03.2012     Çap et  Çap et