525-ci qəzet

Azərbaycanda Qazaxıstan Kinosu Günləri olacaq



 Azərbaycan-Qazaxıstan mədəni əlaqələrini möhkəmləndirmək və tamaşaçılarımızı qazax kinosunun nümunələri ilə tanış etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi Qazaxıstanın Azərbaycandakı Səfirliyi ilə birgə martın 29, 30-da və aprelin 1-də Nizami Kino Mərkəzində Qazaxıstan Kinosu Günləri keçiriləcək. Bu barədə nazirliyin məlumatında deyilir. Proqrama 3 bədii film daxil olunub. Kino Günlərinin açılışında tamaşaçılara rejissor Rüstəm Abdraşevin “Uşaqlığımın səması” filmi göstəriləcək. Martın 30-da Sultan-Ahməd Xodjikovun “Kız jibek”, aprelin 1-də isə Slambek Tayekelin “Jeruyık” filmləri nümayiş olunacaq. HÜSNİYYƏ




28.03.2012     Çap et  Çap et