525-ci qəzet

Rus Dram Teatrının kollektivi Gürcüstana qastrol səfərinə hazırlaşır



Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi aprelin 22-dən 25-dək Gürcüstanda qastrol səfərində olacaq. Teatrdan verilən məlumata görə, səfər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq. Kollektiv A.S.Qriboyedov adına Tbilisi Rus Dram Teatrının səhnəsində dahi mütəfəkkir Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” tamaşası ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovski, kostyum üzrə rəssam, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, dekorasiya rəssamı Əməkdar Rəssam Tahir Tahirov, quruluşçu rəssamı isə Nikita Sazonovdur (Sankt-Peterburq). Əsas rolları Xalq artistləri Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov, əməkdar artistlər Nataliya Şarovskaya, Fuad Osmanov, Mələk Abbaszadə və başqaları ifa edəcəklər. HÜSNİYYƏ




28.03.2012     Çap et  Çap et