525-ci qəzet

Biləcəridə 26 yaşlı oğlan qətlə yetirilib



Martın 27-də Bakıda qətl hadisəsi törədilib. Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Biləcəri qəsəbəsi 5-ci Dağlı küçəsi ev 5-də 1986-cı il təvəllüdlü Məmmədov Elçin Rafiq oğlu qarın nahiyəsindən aldığı kəsilmiş-deşilmiş xəsarətlə Kliniki Tibbi Mərkəzə gətirilib. Yaralı bu gün saat 04 radələrində xəstəxanada ölüb.26 yaşlı gəncin kim tərəfindən bıçaqlanması hələlik bəlli deyil. Faktla əlaqədar cinayət işi başlanılıb.





28.03.2012     Çap et  Çap et