525-ci qəzet

Köçəryanla Putinin görüş xəbəri təsdiqləndi



Ermənistanın sabiq prezidenti Robert Köçəryanla Rusiyanın yeni seçilmiş prezidenti Vladimir Putinin görüşü haqda xəbər martın 19-da təsdiqlənib.“Media forum” saytının məlumatına görə, Köçəryanın mətbuat katibi Viktor Soqomonyan görüşün martın 15-də Rusiya paytaxtı Moskvada, hökumət evində baş tutduğunu bildirib. Köçəryanın və Putinin təkbətək görüşdüyünü bildirən Soqomonyan onların nədən və nə müddətə danışdığını açıqlamayıb. Ermənistan mətbuatında Köçəryanla Putinin qarşıdan gələn parlament seçkisini, Dağlıq Qarabağ münaqişəsini və regional məsələləri müzakirə etdikləri iddia olunur.




20.03.2012     Çap et  Çap et