525-ci qəzet

Novruz Əzimov: “Mürəkkəb oyun oldu”



Unibank Premyer Liqasının 24-cü turuna “Xəzər Lənkəran” – “Bakı” yekun vurulub. Rəqibini minimal hesabla məğlub edən paytaxt klubu növbəti 3 xalı hesabına yazıb. Oyundan sonra qalib komandanın məşqçisi Novruz Əzimov belə deyib: “Yunis Hüseynovu “Xəzər Lənkəran”a baş məşqçi təyin olunması münasibəti ilə təbrik edirəm. Mürəkkəb və gərgin oyun oldu. Oyun öncəsi heyətimizdə bir sıra itkilər var idi. Digər oyunçular bu boşluqları lazımınca doldura bildi. Qələbə bizə vacib idi”.




20.03.2012     Çap et  Çap et