525-ci qəzet

Almaniyanın xarici işlər naziri: “Qarabağ münaqişəsində status-kvo vəziyyəti davamlı qala bilməz”



 “Dağlıq Qarabağ münaqişəsində status-kvo vəziyyəti davamlı qala bilməz”. APA-nın “Armenia Today” saytına istinadən yaydığı məlumata görə, bu fikirləri Almaniyanın xarici işlər naziri Gido Vestervelle İrəvanda keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli bütün regiona, o cümlədən Ermənistana dividentlər gətirəcək. XİN başçısı ATƏT-in Minsk Qrupu çərçivəsində kompromis variantın tapılmasının zəruriliyini vurğulayıb: “Bakıya səfərimdən istifadə edərək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı durumu təfsilatı ilə müzakirə etdim. Bir daha qeyd etmək istəyirəm ki, Almaniya hökuməti ərazi bütövlüyü və xalqların müqəddəratını təyin etmə prinsipləri arasında balansın tapılması tərəfdarıdır”.




19.03.2012     Çap et  Çap et