525-ci qəzet

Millət vəkili sosial evlərin tikilməsini təklif edib


 
Millət vəkili Mübariz Qurbanlı Azərbaycanda sosial evlərin tikilməsi ilə bağlı təkliflə çıxış edib. Millət vəkili təklifini parlamentdə hökumətin illik hesabatı ətrafında çıxışlar zamanı səsləndirib. “Qeyd edim ki, bu təklifi bir müddət öncə deputat həmkarım Əli Əhmədov səsləndirmişdi. Bu baxımdan hesab edirəm ki, bu təklif diqqətdə saxlanılmalı, nəzərə alınmalı və Azərbaycanda sosial evlər tikilməlidir. Eyni zamanda, Azərbaycanda, xüsusilə paytaxt Bakıda uzun illərdən bəri tikintisi yarımçıq qalmış mənzillərin inşasının davam etdirilməsi vacibdir. Həmin tikintisi yarımçıq qalmış mənzillər inventarizasiya edilərək yenidən sosial obyektlər tikintisi siyahısına əlavə edilməli və onların inşası davam etdirilərək başa çatdırılmalıdır”.




19.03.2012     Çap et  Çap et