525-ci qəzet

Ermənilər əsgərimizi yaraladılar



Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Hadisə cəbhənin Qazax rayonu istiqamətində qeydə alınıb. Güllə yarası alan 19 yaşlı Elşən Tərlan oğlu İsayev hospitala yerləşdirilib. Onun vəziyyəti stabildir.
Qeyd edək ki, E. İsayev Quba Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.








16.03.2012     Çap et  Çap et