525-ci qəzet

Bakıda qanunsuz fəaliyyət göstərən iki uşaq bağçasının fəaliyyəti dayandırılıb



Bakının Səbail rayonundakı “Cücələrim”, Yasamal rayonundakı “Mələklər” uşaq bağçalarının və Nərimanov rayonundakı “Gənclik” Peşə-ixtisas Hazırlığı Mərkəzinin fəaliyyəti dayandırılıb. Bu barədə APA-ya Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev bildirib. Onun sözlərinə görə, ötən il nazirliyə daxil olmuş məlumatlar əsasında şöbənin əməkdaşları tərəfindən qeyri-qanuni fəaliyyət göstərən müəssisələrdə reydlər keçirib. Reydlər zamanı həmin müəssisələrin xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərdikləri aşkarlanıb: “Bu barədə təhsil nazirinin imzası ilə hüquq-mühafizə orqanlarına məktub göndərildi və qanunsuz fəaliyyət göstərən hər üç müəssisənin fəaliyyətləri dayandırıldı”.





16.03.2012     Çap et  Çap et