525-ci qəzet

Cəbhədə vəziyyət gərginləşib



Cəbhədə vəziyyət yenidən gərginləşib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Ordusunun bölmələri martın 14-də saat saat 20.15-dən 20.20-dək, 20.37-dən 20.44-dək və 21.00-dan 21.05-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Azatamut kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Cəfərli kəndlərində yerləşən mövqelərimizi, saat 21.00-dan 21.05-dək və 20.37-dən 20.42-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Voskepar və Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Əskipara və Quşçuayrım kəndlərində yerləşən mövqelərimizi, saat 12.40-dan 12.45-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 18.45-dən 19.00-dək və 23.10-dan 23.24-dək Tərtər rayonunun Qızıloba və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 23.15-dən 23.30-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 08.50-dən 08.55-dək, 08.55-dən 09.00-dək, 17.05-dən 17.15-dək, martın 15-də 01.45-dən 02.00-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat, pulemyot və qumbaraatanlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.





16.03.2012     Çap et  Çap et