525-ci qəzet

“Standartlaşdırma üzrə milli orqanların XXI əsrdəki rolu” mövzusunda seminar keçirilib


 
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) təşkilatçılığı ilə “Standartlaşdırma üzrə milli orqanların XXI əsrdəki rolu – maraqlı tərəflərin müşahidələri” mövzusunda seminar keçirilib. Seminarda Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) uyğunluğun qiymətləndirilməsi üzrə eksperti Aleksandr Yezraxoviç iştirak edib. Tədbirdə beynəlxalq standartlar, onların tətbiqi imkanları və əhəmiyyəti, bu sahədə ortaya çıxan problemlər və onların həlli yolları, Azərbaycanda SMPDK-nın fəaliyyəti, müxtəlif fəaliyyət sahələrində standartların tətbiqi və digər mövzularda müzakirələr aparılıb. Eləcə də inkişaf etməkdə olan ölkələrdə standartlaşdırma sahəsində vəziyyət və bu prosesin xüsusiyyətləri də diqqətə çatdırılıb. Qeyd edək ki, seminar komitənin ISO ilə birlikdə həyata keçirdiyi milli standartlaşdırma qurumunun institusional gücləndirilməsi proqramı çərçivəsində keçirilib. Bundan əlavə proqram çərçivəsində başqa tədbirlər də nəzərdə tutulub. Seminarın keçirilməsində əsas məqsəd maraqlı tərəfləri gələcəkdə yaradılacaq və artıq mövcud olan texniki komitələrə cəlb etməkdir. Maraqlı tərəflər dedikdə, bu sahədə fəaliyyət göstərən dövlət orqanları, istehlakçı birlikləri, QHT-lər, müəssisələr, ali məktəblər və sair nəzərdə tutulur. Tədbirdə komitənin qarşısında duran vəzifələr, buna nail olmaq üçün atılacaq addımlar, bu sahədəki çətinliklər müzakirə edilib.
BƏXTİYAR




15.03.2012     Çap et  Çap et