525-ci qəzet

Bu gün Strasburqda AVRONEST PA-nın Büro iclası keçiriləcək


 
Bu gün Strasburq şəhərində AVRONEST PA-nın Büro iclası keçiriləcək. Bu barədə “525”ə millət vəkili, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov məlumat verib. Onun sözlərinə görə, Büro iclasında AVRONEST PA-nın 2-4 aprel 2012-ci ildə Bakıda keçiriləcək ikinci plenar sessiyasının gündəliyi müzakirə edilərək təsdiq ediləcək. E.Süleymanov iclasda həmçinin Bakı sessiyası zamanı qəbul edilmələri məqsədilə qurumun daimi komitələrinin hazırladıqları məruzə layihələri və onlara təklif edilmiş düzəlişlər ətrafında müzakirələr aparılacağını deyib: “İclas zamanı Büro üzvləri vitse-prezident Yaçek Saryuş-Volskinin Belarusun müxalifət qüvvələrinin üzvlərini Bakı sessiyasına dəvət edilməsi təklifi barədə fikir mübadiləsi aparacaq və qərar qəbul edəcəklər”. Millət vəkili Elxan Süleymanovun verdiyi məlumata görə iclasda eyni zamanda Prosedur Qaydaları və Belarus üzrə İşçi Qrupların mandatının uzadılmasının mümkünlüyünə dair Büronun Bakıda qəbul ediləcək qərarı müzakirə ediləcək.
AQİL




15.03.2012     Çap et  Çap et