525-ci qəzet

“Messi daha bir dəfə “Qızıl top”a sahib çıxacaq”



“Barselona” klubunun müdafiəçisi Daniel Alveş komanda yoldaşı Lionel Messi haqda xoş sözlər deyib. Braziliyalı futbolçu Messinin daha bir dəfə “Qızıl top” mükafatına sahib çıxacağını bildirib: “Hazırda Messi əla formadadır. Əgər qeyri-adi bir hadisə baş verməzsə, Messi daha bir dəfə “Qızıl top” mükafatına sahib çıxacaq. İnanıram ki, o “Barselona”da oynayacağı 3-4 il ərzindədə komandanın ən yaxşısı olacaq. Onun formada olması bizim də oyunumuza müsbət təsir göstərir”.




14.03.2012     Çap et  Çap et